287
13:10
16 Sentyabr 2019

“Qarabağ” – “Sevilya” oynunu idarə edəcək haki məlum oldu

Avropa Liqasının qrup mərhələsinin ilk turunda keçiriləcək “Qarabağ” – “Sevilya” oyununa təyinatlar açıqlanıb.
APA -nın məlumatına görə, sentyabrın 19-da keçiriləcək matçı ukraynalı hakimlər idarə edəcək.
Qarşılaşmanın baş hakimi Yevgeni Aranovski olacaq. Ona Semyon Şlonçak və İqor Alyoxin yardım edəcəklər. Dördüncü hakim funksiyasını Yaroslav Kozik yerinə yetirəcək.
Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşün hakim-inspektoru Elmir Pilav (Bosniya və Herseqovina), UEFA nümayəndəsi Boris Stankov (Bolqarıstan) olacaq.
Qeyd edək ki, “Qarabağ” – “Sevilya” oyunu saat 20:55-də başlayacaq.