172
12:59
16 Sentyabr 2019

Maşınında tapança gəzdirən Ağcabədi sakini tutuldu

Ağcabədi sakinindən silah-sursat aşkarlanıb.
Lent.az -a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Füzuli rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 13-də saat 21 radələrində Bala Bəhmənli kəndi ərazisində Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş M.Qasımovun idarə etdiyi “VAZ-21011” markalı avtomobil saxlanılıb.
Baxış zamanı avtomobildən nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 3 ədəd patron, 1 ədəd uzaqgörmə cihazı və 2 ədəd bıçaq aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.