274
12:37
16 Sentyabr 2019

Məscidə gedən qadın geri qayıtmadı

Bakıda məscidə gedən qadın itkin düşüb.
APA -nın məlumatına görə, Sabunçu rayon sakini Nəsibə Əliyeva rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, onunla eyni evdə yaşayan, şəkər xəstəsi olan anası, 64 yaşlı Qızxanım Əliyevanın 3 gün əvvəl İçəri Şəhərdə yerləşən cümə məsciddini ziyarət etmək adı ilə evdən çıxıb getdiyini və geri qayıtmadığını bildirib.
Faktla bağlı araşdırma aparılır.