138
12:38
16 Sentyabr 2019

İçki və tütün məmulatlarının istehsalı yenə ARTIB

Əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə bu il içki istehsalında 44,9 faiz, tütün məmulatlarının istehsalında 32,2 faiz, qida məhsullarının istehsalında isə 15,7 faiz artım müşahidə olunub.

Bu barədə Lent.az -aDövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, bu sahələrin əsas məhsullarından qənd və şəkər tozu istehsalı 77,8 faiz, kolbasa məmulatları 46,5 faiz, qaymaq və xama istehsalı 21,7 faiz, cem və marmeladların istehsalı 12,5 faiz, üzlü süd istehsalı 2,8 faiz, alkoqolsuz içkilərin istehsalı 15,5 faiz artıb.