990
17:52
15 Sentyabr 2019

Günorta yuxusu nədən qoruyur?

Alimlər ürək xəstəliklərindən qorunmaq üçün daha bir araşdırma aparıblar. Məlum olub ki, günorta yuxusu ürək xəstəlikləri riskini azaldır.

e-tibb.azxəbər verir ki, İsveçrədən olan mütəxəssislər 35-75 yaş arasında 3500 nəfərin yuxu alışqanlığı və ümumi sağlamlıq vəziyyətlərini 8 il izləyəndən sonra bu qənaətə gəliblər.

Məlum olduğu kimi, yuxunun qaydasında olmaması bir çox sağlamlıq problemlərinə yol açır. Yuxusuzluq diabet, artıq çəki, yüksək təzyiq, iflic, ürək xəstəlikləri, zehni narahatlıqlar üçün risk yaradır.

Gündüzlər, günorta yeməyindən sonra bir qədər yatmağın isə ürəyə faydalı olduğu bildirilir.

Araşdırma həftədə bir-iki gün qısa müddət günortalar yatanlarda gecə çox yuxusuz qalsalar da, ürək xəstəlikləri riskinin çox aşağı olduğunu göstərir. Qısa müddətli günorta yuxusu stresin təsirlərini azaldır, yarımçıq gecə yuxusunu əvəzləyərək ürəyi qoruyur.

Mütəxəssislər 20 dəqiqəlik günorta yuxusunun yetərli olduğunu düşünürlər.

e-tibb.az