625
15:06
15 Sentyabr 2019

İranda qadınlarla bağlı GÖZLƏNİLMƏZ QƏRAR: artıq buna icazə verildi

İranlı qadınların stadionda futbola baxmasına şərait yaradılacaq.
APA -nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün İranın vitse-prezidenti Hüseyn Əli Əmiri bildirib.
Vitse-prezident hazırda ölkənin bütün stadionlarında yenidənqurma işləri aparıldığını nəzərə çatdırıb. Qadınların stadiona daxil olmaları üçün xüsusi keçidlər qurulur və kişilərdən ayrı oturmaları üçün bölmələr inşa edilir.
Vitse-prezident deyib ki, futbol kimi maraqlı bir oyuna baxmaq hüququnu qadınlardan almaq olmaz.
İranlı qadınların oktyabrın 10-da Azadi stadionunda İran və Kamboca komandaları arasında keçirilən görüşü izləyə biləcəkləri də açıqlanıb.