293
11:35
15 Sentyabr 2019

Bu il ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunan məktəblilərin STATİSTİKASI

2018-2019-cu dərs ilində Bakı məktəbliləri Respublika Fənn Olimpiadalarında 5 qızıl, 10 gümüş, 30 bürünc medal olmaqla, ümumilikdə 45 medal alıb.
Bu barədə Lent.az -a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, BŞTİ-nin tabeliyindəki məktəbləri bitirən 1 433 məzuna Fərqlənmə Attestatı verilib.
Həmçinin sözügedən məktəblərin XI sinfini bitirən 14 məzun qızıl, 1 məzun isə gümüş medala layiq görülüb.
Bundan başqa məktəb məzunlarından ali məktəblərə qəbul imtahanlarında iştirak edən 17 505 nəfərdən 13 012 nəfər, yəni 74 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.
Belə ki, Bakı şəhəri üzrə qəbul imtahanlarında iştirak uğur qazanmış abituriyentlərin 22 faizi 500 və 500-dən çox bal toplayıb.