793
11:30
15 Sentyabr 2019

Paytaxt məktəblərindəki müəllim və şagirdlərin sayı AÇIQLANDI

Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində ümumilikdə, 318 məktəb fəaliyyət göstərir, onlardan 308-i ümumi təhsil məktəbi, 3-ü xüsusi tipli ümumi orta məktəb, 7-si isə əyani-qiyabi (axşam) tam orta məktəbdir.
Bu barədə Lent.az -a BŞTİ-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 27 930 müəllim çalışır.
Həmçinin yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 414 844 şagird təhsil alır.
Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 45 800, IX sinfində 32 315, X sinfində 22 795, XI sinfində 18 896, XII sinfində 198 şagird təhsil alır.