363
10:02
15 Sentyabr 2019

Rusiyada vertolyot yoxa çıxıb

Rusiyada vertolyot itib.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Yakutiyada filiz və qiymətli metal emalı ilə məşğul olan "Nera-Antaqaçan" şirkətinə məxsus vertolyotla əlaqə itib.
Sentyabrın 13-də Ust-Nera qəsəbəsindən Oymyakon rayonun ərazisindəki Utoçan dərəsinə uçan vertolyot sentyabrın 14-də Ust-Nera qəsəbəsinə qayıtmalı olsa da, vertolyotdan xəbər yoxdur. Vertolyotun göyərtəsində pilot və şirkətin 2 işçisi olub.
Vertolyotun axtarışlarına başlanıb.