4312
11:05
14 Sentyabr 2019

"Papanin"dəki metro stansiyası nə vaxt açılacaq? - RƏSMİ AÇIQLAMA

“Bakıda növbəti metro stansiyası 2020-ci ildə açıla bilər”.
Bu barədə Lent.az -a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, həmin stansiya “Bənövşəyi xətt”in üçüncüsü olacaq. Açılacaqmetroya ad qoyulması isə Nazirlər Kabinetinin müstəsna səlahiyyətindədir.
"Təbii, texniki və digər məsələlər ortaya çıxmasa, gələn ilin axırlarına qədər yeni metro stansiyası açılacaq. Biz də yeni stansiyaların açılmasını istəyirik”.
Qeyd edək ki, “Bənövşəyi xətt”in üçüncü stansiyası, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, “Papanin” kimi tanınan ərazidə yerləşir.