202
19:30
12 Sentyabr 2019

"Sumaqayıt" iki futbolçu transfer edib

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətinə 2 futbolçu cəlb edib.
APA -nın məlumatına görə, "Gənclik şəhəri" təmsilçisi Cəmaləddin Xocaniyazov və Rəhim Sadıxovla 2 illik müqavilə imzalanıb.
Onlardan birincisi “Sumqayıt”da “5”, digəri “90” nömrəli formada çıxış edəcək.
Sankt-Peterburq “Zenit”inin yetirməsi olan C. Xocaniyazov 2012-2016-cı illərdə adıçəkilən komandanın əsas və əvəzedici komandalarında çıxış edib (10 oyun). Son klubu BATE (2 oyun) olan futbolçu Rusiyanın “Ural” (1 oyun), “Baltika” (2 oyun), “Soçi” (8 oyun), “Amkar” (1 oyun) və Danimarkanın “Orxus” (35 oyun, 1 qol) klublarının şərəfini qoruyub.
Moskva “Spartak”ının yetirməsi olan Rəhim Sadıxov isə peşəkar karyerası ərzində paytaxtın “Solyaris” (16 oyun) və “Torpedo” (71 oyun, 23 qol) klublarında çıxış edib. O, Azərbaycanın U-17 və U-19 millilərində də oynayıb.