180
19:19
12 Sentyabr 2019

Türkiyənin bu ölkələrdəki səfirləri dəyişdi

Türkiyənin 21 ölkədəki səfiri dəyişib.
APA -nın “gazeteabc.com”a istinadən verdiyi xəbərə görə, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu vəzifəyə yeni təyin olunan səfirlərə aidiyyəti təlimatı verib.
Türkiyənin Türkmənistan, Banqladeş, Şri-Lanka, Şimali Makedoniya, Belarus, Estoniya, Qazaxıstan, İordaniya, Qvatemala, Belçika, Bolqarıstan, Madaqaskar, Kosta-Rika, Dominikan Respublikası, Trinidad və Tobaqo, Qambiya, Çad, Laos, Çili, Qabon və Əlcəzairdəki səfirləri dəyişib.