194
19:55
12 Sentyabr 2019

Dünya şöhrətli pianoçu Bakıda çıxış edəcək

Sentyabrın 22-də Heydər Əliyev Sarayında Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və dünya şöhrətli pianoçu Xatiya Buniatişvili çıxış edəcək.

Lent.az -ın məlumatına görə, konsert Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq.

Konsertdə F.Əmirovun “Azərbaycan kapriççiosu”, Niyazinin “Rast” simfonik muğamı və Fikrət Əmirov-Elmira Nəzirovanın “Fortepiano və orkestr üçün Ərəb mövzularına konserti” səslənəcək.