196
14:52
12 Sentyabr 2019

Terrorçuluq dərsi verməkdə təqsirləndirilən şəxs HAKİM QARŞISINDA

Gəncə Ağır Cinayətlər Məhkəməsindəterrorçuluq məqsədilə təlim keçməkdə və digər ağır cinayətlərdə ittiham olunan Müsəllim Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA -nın məlumatına görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı sentyabrın 24-ə təyin edilib.

Qeyd edək ki, Müsəllim Şükürov Cinayət Məcəlləsinin 214-3.1-ci (terrorçuluq məqsədi ilə təlim keçmə), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma) maddələri ilə ittiham olunub.