1130
09:24
12 Sentyabr 2019

Azərbaycanlı müğənni əri və qızı barədə nələr yazdı?

Müğənni Zenfira İbrahimova sosial şəbəkədə idmançı həyat yoldaşı Anar Heydərovdan və qızı Dənizdən yazıb. Lent.az -ın məlumatına görə, ifaçı yoldaşını və qızını ad günü münasibəti ilə təbrik edib: “Ailə müqəddəsdi, ailə gözəldi, ailəni qorumaq hər insana nəsib olmur. Bu gün mənim həyatımda önəmli olan iki insanın doğum günüdür. Həyat yoldaşım Anarın və qızım Dənizin doğum günüdür. Nəyaxşı ki, varımsınız. Qızım, səni dünya qədər sevirəm. Sən mənim həyatımda yaşamağıma, oxumağıma səbəbsən. Necə böyüdün, heç bilmirəm. Bəzən elə hislər olur ki, onları sözlə ifadə edə bilmirsən. Sən mənim döyünən ürəyimsən. Anar Heydərov, sənlə isə acılı və əziyyətli günlərimiz oldu. Ancaq əl-ələ verib bütün çətinliklərdən keçdik. Sən yaxşı ata, yaxşı həyat yoldaşısan. Sevirəm səni”.