2323
19:50
11 Sentyabr 2019

Yaxın günlərdə hava isinəcək? - PROQNOZ

Azərbaycanın bölgələrində qeyri-sabit hava şəraiti sentyabrın 12-dək davam edəcək. 12-si gündüzdən başlayaraq rayonlarda yağıntılar tədricən kəsiləcək. Ayın 13-14-də bölgələrdə əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.

Bunu Lent.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mi­lli Hidrometeorologi­ya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib.

O bildirib ki, həmin günlərdə bölgələrdə səhər bəzi yerlərdə duman gözlənilir: “Havanın temperaturu Aran rayonlarında gündüz 25-30, dağlıq ərazilərdə 13-18 dərəcə isti gözlənilir”.

A.Verdiyev bildirib ki, Bakıda və Abşeron yarımadasında yaxın iki-üç gün ərzində hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək: “Lakin 13-də səhər yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Bakı və Abşeron yarımadasında şimal, şimal-qərb küləyi əsəcək, temperatur gündüz saatlarında 24-27 dərəcə arasında olacaq. Sentyabrın 13-14-də Bakıda və Abşeron yarımadasında havada elə ciddi dəyişkliklər gözlənilmir”.