179
15:52
11 Sentyabr 2019

Bakı Yol Polisindən valideynlərə və sürücülərə TÖVSİYƏ

Yeni dərs ilinin başlaması ilə əlaqədar polis gücləndirilmiş iş rejimində xidmət edəcək.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az -a verilən məlumata görə, təhsil müəssisələri, onlara bitişik küçə və yollar tərəfimizdən nəzarətə götürülməklə xidmət davam etdiriləcək.
İdarənin valideynlərə müraciətində qeyd olunur ki, hərəkətin sıxlığını nəzərə alaraq, valideynlər təhsil müəssisələrinə bitişik küçə və yollar üzrə hərəkət edərkən yolların hərəkət hissəsində dayanıb məktəblilərin düşürüb mindirilməsinə diqqət yetirsinlər. Yol polisi buna səbəb kimi, bir istiqamətli yollarda çoxlu sayda avtomobilin tıxacda qalmasını və sürücülərin ləngiməsini göstərib.
İdarə sürücülərə məktəb yaxınlığında diqqətli olmağı və digər hərəkət iştirakçılarını da düşünməyi tövsiyə edib. İdarədən bu tədbirlərin ictimai nəqliyyatın hərəkətində problemlər yaranmaması və əhalinin işə ləngiməməsi üçün lazım olduğu bildirilir.
Mehman Nəbiyev