150
11:59
11 Sentyabr 2019

“Ford” piyadanı vurub öldürdü

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata əsasən, sentyabrın 10-da saat 20 radələrində Sumqayıt şəhərinin Bədəlbəyli küçəsində şəhər sakini A.Rüstəmov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən həmyerlisi Ədilə Quliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən qadın orada ölüb.
Mehman Nəbiyev