468
09:29
11 Sentyabr 2019

Bakıda 12 gündür yoxa çıxan 13 yaşlı qız tapıldı

Paytaxtda itkin düşən azyaşlı tapılaraq ailəsinə təhvil verilib.
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az -a verilən məlumata görə, Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da gecə saatlarında Yeni Suraxanı qəsəbəsində yaşadığı evdən naməlum istiqamətə gedərək, itkin düşən 2006-cı il təvəllüdlü Nelli Ağayeva tapılaraq ailəsinə təhvil verilib.
Polis əməkdaşları tərəfindən azyaşlının valideynləri ilə profilaktiki söhbət aparılıb, onun üzərində nəzarətin artırılması tövsiyə olunub.