201
07:25
11 Sentyabr 2019

ABŞ-ın Kabildəki səfirliyində güclü partlayış olub


Çərşənbə günü səhər Əfqanıstanın paytaxtı Kabildəki ABŞ səfirliyi yaxınlığında böyük partlayış baş verib.

APA -nın “RİA Novosti” yə istinadən verdiyi xəbərə görə, bu barədə Sinxua Xəbər Agentliyi məlumat yayıb.

Səfirlikdəki partlayışdan sonra işə düşən həyəcan siqnalının səsi ətrafı bürüyüb. Xəsarətlər və dağıntılar barədə rəsmi məlumat verilməsə də, ola biləcəyi ehtimal edilir.

Qeyd edək ki, bu gün “Əl-Qaidə” terror təşkilatının Nyu-Yorkda Ümumdünya Ticarət Mərkəzi qüllələrinə hücumunun 18-ci ildönümüdür.