208
19:50
10 Sentyabr 2019

“Real”ın kapitanı Poqbanı komandasına dəvət etdi

“Real”ın və İspaniya millisinin kapitanı Serxio Ramos “Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqbanı Madrid komandasında görməkdən şad olacağını açıqlayıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Ramos bununla bağlı deyib: “Düşünürəm ki, “Real”ın qapıları Poqba kimi yaxşı oyunçular üçün açıqdır. O, çox yaxşı futbolçudur, digərlərindən fərqlənir, “Yuventus” və “Mançester Yunayted”də öz səviyyəsini göstərib”.
Ramos onu da əlavə edib ki, fransalı hücuma çox yaxşı yardım edir və əla fiziki göstəricilərə malikdir.
Yayda KİV-də Poqbanın “Mançester Yunayted”dən gedəcəyi müzakirə olunurdu və oyunçuya əsas iddiaçı kimi “Real”ın adı çəkilirdi. Nəticədə yarımmüdafiəçi İngiltərə klubunda qaldı.