857
12:55
08 Sentyabr 2019

Məşhur aktyorun dediklərinə inanmayacaqsınız: “120 kiloydum”

Türkiyənin tanınmış aktyorlarından olan Akın Akınözü (“Hercai” serialının baş qəhrəmanı) hamını təəccübləndirən açıqlama verib. Lent.az xarici KİV-ə istinadən bildirir ki, o, 120 kilodan 70-ə endiyini etiraf edib. Bu barədə belə söyləyir:
“Darvinin “nə ən güçlü, nə də ən zəki olan növ həyatda qalır, dəyişilmələrə ən çox uyğunlaşanlardır həyatda qalanlar” sözünü çox sevirəm. Dəyişmənin gücünü ilk dəfə 120 kilodan 70 kiloya düşdüyümdə kəşf etdim”.
O, bildirir ki, bunu yalnız iradəsi ilə bacarıb.