17171
14:56
07 Sentyabr 2019

Əhalinin söyüş saydığı söz, təhqir siyahısından çıxarıldı

Türkiyənin Ali Məhkəməsi əhalinin təhqir saydığı kəlməni təhqirlər siyahısından çıxarıb.

Lent.az bu barədə türk mediasına istinadən xəbər verir. Məlumata görə, Ali Məhkəmə bəzi bölgələrdə həqarət sayılan “çemkirmek”(səbəbsiz yerə kiməsə qışqırmaq, it kimi hürmək) sözünün təhqiredici olmadığına və buna görə heç kəsin məsuliyyət daşımayacağına qərar verib. Ali Məhkəmə qərar verərkən bəzi bölgələrdəki fərqlərə diqqət çəkib. Belə ki, prosesdə iştirak edən vəkillərdən biri həmin sözün öz bölgəsində təhqir sayıldığını, digər vəkil isə təhqir sayılmadığını bildirib.

Ağır Cinayətlər Məhkəməsi isə “çemkirmek” sözünün Türk Dil Birliyi lüğətindəki leksik mənasının “birinə qarşı gəlmək, sərt cavab vermək, lazımsız yerə yüksək tonla danışmaq” olduğunu qeyd edərək, bu sözün cinayət hesab edilmədiyi barədə hökm verib.

Türkiyə Baş Prokurorluğu verilən qərarın ləğv edilməsini istəyib. Ancaq Ali Məhkəmə 18 yerli məhkəmə və Baş Prokurorluğun etirazını qəbul etməyib. Qərarda belə deyilir: “Bu tip sözlər təhqir kimi qəbul edilə, həmçinin insanın şərəf və ləyaqətinə toxuna bilməz”.

Mehman Nəbiyev