281
11:51
05 Sentyabr 2019

Mirzə Cəlil haqqında YENİ FİLM

Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnamə” kinostudiyasında "Mirzə Cəlilin Azərbaycanı” adlı tammetraflı sənədli filmin çəkilişlərinə start verilib.

Filmin rejissoru Tahir Tahiroviçin Lent.az -a verdiyi məlumata görə, Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş filmin çəkilişləri ədibin dünyaya gəldiyi Naxçıvanın Nehrəm kəndində aparılır. Bundan əlavə Ağcabədi rayonunda və Qori şəhərlərində də bəzi kadrlar lentə alınıb. Süjetlər əsasən Mirzə Cəlilin əsərlərinin motivləri və personajları üzərində qurulub.

Qeyd edək ki, "Mir Cəlilin Azərbaycanı” tammetrajlı sənədli film 52 dəqiqə nəzərdə tutulub. Filmin çəkilişlərinin noyabr ayında başa çatacağı planlaşdırılır.

Filmin rejissoru Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü Tahir Tahiroviç, ssenari müəllifi Nadir Bədəlov, operator isə Elxan Rüstəmov, bəstəkarı Azər Hacıəsgərli, icraçı prodüseri Kamil Məmmədov, prodüseri Nazim Hüseynovdur.