176
22:57
25 Avqust 2019

Zəvvarlarımızın sonuncu qrupu Həcc ziyarətindən geri döndü

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu Vətənə geri dönüblər.
Bunu APA -ya açıqlamasında Azərbaycan Həcc missiyasının üzvü Vüsal Cahangiri bildirib.
Onun sözlərinə görə, sonuncu qrupda 159 zəvvar olub.
Qeyd edək ki, zəvvarların ilk qrupu avqustun 21-də Azərbaycana qayıdıb.
Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota ayrılmışdı. Həcc ziyarətinin qiyməti isə 4285 ABŞ dolları olub.