233
17:58
25 Avqust 2019

Cüdoçularımız dünya çempionatına məğlubiyyətlə başlayıblar

Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə dünya çempionatına start verilib.
APA -nın məlumatına görə, mindialın ilk günü Azərbaycan yığması üçün uğursuz alınıb.
Milli üzvü Davud Məmmədsoy (60 kq) və Aişə Qurbanlı (48 kq) ilk görüşlərini qalib başa vursalar da, növbəti qarşılaşmalarda məğlub olublar.
Leyla Əliyeva (48 kq) isə ilk görüşdə portuqaliyalı rəqibinə uduzub.
Avqustun 26-da təmsilçilərimizdən Nicat Şıxəlizadə (66 kq), Gültac Məmmədəliyeva (52 kq) və Larisa Florian (52 kq) tatami üzərinə çıxacaqlar.