702
11:41
25 Avqust 2019

Ebru Gündeşə 3,5 milyonluq təklif - 5 minlik biletlər

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş iyul ayında "Harbiye Açıkhava" konsert salonunda 5 konsert vermişdi. Lent.az Türkiyə mətbuatına istinadən bildirir ki, onun bu tədbirlərdən qazancı tam 2.5 milyon lira olub.

Tamaşaçıların israrlı istəyinə görə yenidən konsertlər təklifi olub. Müğənni əlavə olaraq 1 milyon TL alacaq.Gündeş bu təkliflə razılaşıb.

Bu konsertin biletləri isə kifayət qədər baha satılır. Ən önəmli "Protokol yerlər" deyilən VİP sıralara biletin rəsmi satışı 1000 TL-di. Lakin bu biletləri kassada tapmaq mümkün deyil. Qara bazarda isə onları 5 min lirəyə alırlar. Normal yerlərin qiyməti isə 416 TL-yə də tapmaq olur. Ən arxa sıralar üçün isə 60 lirə vermək kifayət edir.