714
22:17
24 Avqust 2019

Sumqayıtda şadlıq sarayında baş vermiş yanğın söndürülüb - FOTO - YENİLƏNİB

Sumqayıtın 17-ci mikrorayonunda yerləşən "Nur" şadlıq sarayında baş vermiş yanğın söndürülüb.

APA -nın yerli bürosunun məlumatına görə, hazırda ərazidə soyutma işləri aparılır.

Yanğının mətbəxdəki tüstü bacasından başladığı bildirilir. Bu səbəbdən də alov daha çox binanın damını bürüyüb.

***

Saat 21:55

Sumqayıtda yanğın baş verib.

APA -nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 17-ci mikrorayonunda yerləşən "Nur" şadlıq sarayında qeydə alınıb.

Məlumata görə, sarayın binasında toy məclisi təşkil olunubmuş vəyanğın da mətbəxin bacasından başlayıb. Binada olan bütün toy iştirakçıları təcili təxliyyə olunub.

Əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.