327
18:02
23 Avqust 2019

Bakı teleqülləsində YENİ anten-fider sistemi

Bakı teleqüllə kompleksində yeni anten-fider sistemi istismara verilib.
“Teleradio” İstehsalat Birliyindən “ APA -Economics”ə verilən məlumata görə, bu sistem vasitəsilə İctimai TV və CBC Sport TV proqramlarının Bakı şəhəri və Abşeron yarımadası ərazisində 34-cü televiziya kanalında HD formatlı açıq yayımı təmin olunub.
Belə ki, HD formatını dəstəkləyən istənilən qəbuledicini 34-cü TV kanala və ya 578 MHz tezliyə kökləyib Bakı şəhəri və Abşeron yarımadası ərazisində qeyd olunan hər iki proqramı bir paketdə qəbul edərək Full HD ölçüdə izləmək mümkündür.