174
17:21
23 Avqust 2019

Ali məktəblərə qəbul olanların 89 faizi qeydiyyatdan keçib

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir.

Dövlət İmtahan Mərkəzindən Lent.az -a bildirilib ki, avqustun 23-ü saat 17.00-a olan məlumata əsasən ali təhsil müəssisələrinə qəbul olunanların 89 faizi(o cümlədən dövlət sifarişi əsasında qəbul olunanların 97 faizi) qeydiyyatdan keçib.

Birinci mərhələdən sonra ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 27-dək davam edəcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı isə bu gün başlayıb və sentyabrın 2-də bitəcək.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.