155
16:29
23 Avqust 2019

Azərbaycanda iranlı iş adamının 14 min pulu mənimsənildi

Bakıda iranlı iş adamına qarşı dələduzluq edilib.
APA -nın məlumatına görə, İran vətəndaşı Xani Murtuza polisə şikayət edərək, 35 yaşlı Ruslan Quliyevin onu aldadaraq 14 min dollar pulunu mənimsədiyini bildirib.
Hadisə ilə əlaqədar araşdırma aparılır.
Qeyd edək ki, X.Murtuza Bakıda biznes fəaliyyəti ilə məşğul olur.