217
16:26
23 Avqust 2019

Bərdədə bədbəxt HADİSƏ: Balıq tutmağa gedib qayıtmadı

Bərədə balıq tutan şəxs bədbəxt hadisə nəticəsində ölüb.
APA -nın məlumatına görə, hadisə avqustun 22-də axşam saatlarında Bərdə rayonu, Zümürxan kəndi ərazisində qeydə alınıb. Zümürxan kənd sakini, Zahir Sadıqov kənd ərazisində yerləşən göldə balıq tutarkən ürək tutmasından suya yıxılıb. Nəticədə o suda boğularaq ölüb. Onun meyiti kənd sakinləri tərəfindən aşkar edilərək sudan çıxarılıb.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.