209
14:13
23 Avqust 2019

Bakıda körpüdən maşın aşdı: 3 nəfər yaralandı

Mərdəkan körpüsündən avtomobil aşıb.

Səhiyyə Nazirliyindən Lent.az -a verilən məlumata görə, hadisə nəticəsində 3 nəfər yaralanıb.

31 yaşlı qadına qapalı kəllə beyin travması, döş qəfəsinin əziyi, 4 yaşlı oğlan uşağına sol baldırın əziyi, 33 yaşlı kişiyə döş qəfəsinin əziyi diaqnozu qoyulub.

Yaralılar 3 saylı Sabunçu xəstəxanasına aparılıblar.

Onların vəziyyətləri orta-ağır qiymətləndirilir.