244
19:44
23 Avqust 2019

Bu ölkənin məktəbliləri bıçaq gəzdirir

İngiltərə məktəblərində 2018-ci il ərzində aparılan axtarışlar nəticəsində 1144 şagirddə bıcaq və müxtəlif növ kəsici alətlər tapılıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son beş ildə İngiltərədə məktəblilərdən tapılan bıçaq sayı iki dəfədən çox artıb.

İngiltərədə, xüsusilə də Londonda gənclər arasında zorakılıq və bıçaqlanma hadisələrinin narahatlıq yaradan səviyyəyə çatdığı açıqlanıb.

Bildirilib ki, ötən il ərzində İngiltərədə 43 min 516 bıçaqla törədilən cinayət hadisəsi baş verib.

Ölkənin Milli Statistika İdarəsinin hesabatına görə, keçən il bıçaq və ya kəsici alətlə törədilən cinayətlər nəticəsində 286 adam

həyatını itirib.