234
03:44
23 Avqust 2019

Avtomobil əvvəlcə ağaca, sonra çay evinə çırpıldı - FOTO

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.
Lent.az -ın məlumatına görə, Nəbiyev Həsən Yaşar oğlu "Hyundai" markalı avtomobillə Mirəli Qaşqay küçəsində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi əvvəlcə yol kənarındakı ağaca, daha sonra isə çay evinin divarına çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Faktı Nəsimi polisi araşdırır.