316
19:34
22 Avqust 2019

Azyaşlı binanın ikinci mərtəbəsindən yıxıldı

Mingəçevirdə azyaşlı binanın ikinci mərtəbəsindən yıxılıb.
APA -nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Üzeyir Hacıbəyov küçəsində yerləşən fəhlə yataqxanasında baş verib.Belə ki, valideyn nəzarətindən yayınan 2015-ci il təvəllüdlü Şirəliyev Məhəmməd Elvin oğlu yaşadığı beşmərtəbəli binanın ikinci mərtəbəsindən yyıxılıb.
Ağır xəsarət alan azyaşlı təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.