129
18:50
22 Avqust 2019

Yardımlıda dağlarda baş verən yanğın söndürüldü

Avqustun 21-də Yardımlı rayonunun Ləzir kəndi yaxınlığında dağlıq zonada başlamış yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən söndürülüb.
Bu barədə Lent.az -a FHN-in mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, avqustun 21-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yardımlı rayonunun Ləzir kəndi yaxınlığında dağlıq zonada yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.