160
18:22
22 Avqust 2019

Şamaxıda baş verən yanğın söndürüldü - YENİLƏNİB

Şamaxı rayonunun Meysəri kəndi yaxınlığında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən saat 17:10-da söndürülüb.
Bu barədə Lent.az -a FHN-nin mətbuat xidmətindən bildirilib.
***
16:34
Şamaxı rayonunun Meysəri kəndi yaxınlığında quru ot sahəsində yanğın baş verib.
Bu barədə Lent.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.
Xəbərə görə, avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonunun Meysəri kəndi yaxınlığında quru ot sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin 64 nəfərlik şəxsi heyəti və texnikası cəlb olunub.