218
17:47
22 Avqust 2019

Taxta bazarında yanğının söndürülməsinə bu qədər texnika və canlı qüvvə cəlb olundu - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın barədə növbəti məlumat yayıb.
FHN-dən APA -ya bildirilib ki, avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 22 texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 60 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub.
İki yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Əlavə məlumat veriləcək.
Səhiyyə Nazirliyindən APA -ya verilən xəbərdə isə bildirilir ki, yanğın nəticəsində 3 FHN əməkdaşına yerində yardım göstərilib, 2 FHN əməkdaşı və əlavə bir nəfər isə xəstəxanaya yerləşdirilib.