263
09:40
22 Avqust 2019

İtkin düşən 3 uşaq anası axtarılır - FOTO

İsmayıllıda 3 uşaq anası itkin düşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az -a verilən məlumata görə, 30 yaşlı İsmayıllı rayonu Qalınçaq kənd sakini, 3 uşaq anası Pərvanə Bədəlova iyulun 28-də gecə saatlarında 4 yaşlı övladını da özü ilə götürərək yaşadığı ünvandan naməlum istiqamətə gedib.
P. Bədəlovanın boyu 160 sm, gözlərinin rəngi qaradır.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər, (050) 280-45-00, (050) 656-99-00 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.