114
09:18
22 Avqust 2019

Bakıdakı qəzada yaralanan 3 qadın xəstəxanaya düşdü

Buzovna-Maştağa yolunda avtomobil qəzası baş verib.
Səhiyyə Nazirliyindən Lent.az -a verilən məlumata görə, qəza zamanı 3 qadın yaralanıb.
47 yaşlı qadın sağ bazu sümüyünün yerdəyişmiş sınığı, 59 yaşlı qadın sağ baldırın əzilməsi, 61 yaşlı qadın isə alının hematoması diaqnozu ilə 3 saylı xəstəxanaya çatdırılıblar. Onların vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.