124
08:52
22 Avqust 2019

Qubada yol qəzasında xəsarət alanların vəziyyəti orta-ağırdı

Ötən gün Quba-Nugədi yolunda baş verən avtomobil qəzası nəticəsində xəsarət alanlar - 31 yaşlı Sevil Orucəliyeva, həyat qoldaşı 34 yaşlı Yaşar Kərimov, qaynanası 59 yaşlı Leysan Kərimova Quba Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.
Səhiyyə Nazirliyindən APA -ya verilən məlumata görə, xəstəxananın Baş həkimi yol qəzasında yaralananların vəziyyətinin orta-ağır olduğunu bildirib.