109
04:30
22 Avqust 2019

Bakıda kişi tanışı tərəfindən bıçaqlandı

Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, Qara Qarayev prospektində 1981-ci il təvəllüdlü Faiq Əsədullayev tanışı İlqar adlı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.