209
01:20
22 Avqust 2019

Bakıda gənc oğlan bıçaqlandı, vəziyyəti orta-ağırdır

Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, Bakıxanov qəsəbəsində 1998-ci il təvəllüdlü Vəliyev Rahib Azər oğlu naməlum şəraitdə bıçaq xəsarətləri alıb.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. R.Vəliyevə qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.