293
10:19
22 Avqust 2019

Yardımlıda dağlıq ərazi yanır, əraziyə helikopter cəlb edilib

Avqustun 21-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yardımlı rayonunun Ləzir kəndi yaxınlığında dağlıq zonada yanğın baş verməsi barədə məlumat daxil olub.
Lent.az -ın FHN-in saytına istinadən məlumatına görə, yanğının söndürülməsi üçün əraziyə nazirliyin Aviasiya dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və müvafiq qüvvələri cəlb olunub.