457
16:15
21 Avqust 2019

“Qadın “yaxşı edirəm” deməz, ədəbsizlikdir”

Xalq artisti Gülyaz Məmmədova və müğənni Şəbnəm Tovuzlu “5/5” verilişində qonaq olub.
Lent.az xəbər verir ki, ifaçıların İnstaqramda izləmədən çıxardığı şəxslərdən söhbət düşüb. Aparıcı Zaur Kamal Şəbnəmə “İzləmədən çıxardıqların bunun səbəbini soruşanda, “əcəb edirəm” de” söyləyib.
Bu zaman söhbətə müdaxilə edən G.Məmmədova “qadın “yaxşı edirəm”, “əcəb edirəm” sözünü deməz. Bunu bizə anam deyərdi”, - deyib Ş.Tovuzlu isə onun sözlərini təsdiq edərək, “Bu, ədəbsizlikdir” deyib. (axşam.az)