177
16:10
21 Avqust 2019

Bakıda içki düşkünü küçədə öldü

Bakıda alkoqol içkilərinin aludəçisi ölüb.
APA -nın məlumatına görə, Suraxanı rayon sakini, 46 yaşlı İsmayılov Vaqif Fəxrəddin oğlunun meyiti rayonun küçələrinin birində tapılıb. Meyitin ilkin müayinəsi zamanı onun kəskin ürəktutmasından öldüyü və alkoqol içkilərinin aludəçisi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.