279
15:29
21 Avqust 2019

“Qarabağ”ın daha 3 oyunçusu zədələndi

Sabah Avropa Liqasının pley-off mərhələsində “Linfild”lə qarşılaşacaq “Qarabağ” bir neçə futbolçusuna görə problemlə üzləşib.
Qol.az xəbər verir ki, əsas heyətin üzvlərindən Bədavi Hüseynov, Filip Ozobiç zədəli, Riçard Almeyda, həmçinin Rahil Məmmədovun cəzalı olduqlarına görə qarşıdakı matçı buraxacaqları məlum idisə, indi daha bir neçə oyunçunun görüşü buraxması ehtimalı yaranıb. Hələlik sabahkı görüşə çıxıb-çıxmayacaqları qətiləşməsə də, “Qarabağ”ın əsas heyətinin daha iki müdafiəçisi – Maksim Medvedyev və Ailtonun də zədəsi var. Onlar hər ikisi məşqlərdə zədə alıblar. Yarımmüdafiəçi Simeon Slavçev də zədələnib.
Lent.az Qol.az-a istinadən bildirir ki, “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib ki, adları çəkilən futbolçularda mikrozədələr var: “Kimin oynayıb-oynamayacağı matça bir neçə saat qalmış bilinəcək”.
Xatırladaq ki, Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” “Linfild”lə ilk görüşü sabah Belfsatda, cavab oyunu isə avqustun 29-da Bakıda keçirəcək.