304
13:06
21 Avqust 2019

Sabahın hava proqnozu açıqlandı

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın əsasən günəşli keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Abşeron yarımadasında:
Havanın temperaturu gecə 20-24, gündüz 33-38, Bakıda gecə 22-24, gündüz 36-38 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz olacaq.
Abşeron çimərliklərində:
Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında:
Hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz:
Avqustun 22-23-də Bakıda və Abşeron yarımadasında zəif küləyin üstünlüyü, arabir yaranan durğun hava şəraiti fonunda gündüz isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.