129
12:42
21 Avqust 2019

Keçmiş məhkum oğurluğa görə saxlanıldı

Gəncədə mağazadan oğurluq edən şəhər sakini tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 10-da və 20-də Gəncə şəhəri ərazisində 1 evdən və 2 mağazadan pul, ərzaq məhsulları və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılıb.
Araşdırma aparılır.